Polşa Belarus sərhədinə məhdudiyyət qoyacaq

DÜNYA 13 iyun 2024, 20:30
Polşa Belarus sərhədinin bəzi hissələrində hərəkət məhdudiyyətləri tətbiq etməyə başlayır.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlərə səbəb artan miqrasiya təzyiqi və təhlükəsizlik problemi olub.

90 gün ərzində qüvvədə qalması planlaşdırılan qərar çərçivəsində icazəsiz şəxslərin sərhədə 200 metrə qədər yaxınlaşmasına icazə verilməyəcək.

Sərhədyanı ərazilərə sadəcə rayon sakinləri, rayonda işləyən və ya təhsil alan şəxslər daxil ola biləcəklər. 

Xatırladaq ki, may ayında Belarus sərhədində xidmət edən Polşa əsgəri bir mühacir tərəfindən bıçaqlanaraq həyatını itirib. 

Hadisədən sonra Polşa administrasiyası Belarus sərhədinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcəklərini açıqlayıb. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top