​Mourinyonun istədiyi 3 ulduz futbolçunun adı açıqlandı

İDMAN 13 iyun 2024, 16:25
Joze Mourinyonun gəlişi ilə transfer işlərinə başlayan “Fənərbaxça”nın gündəmində olan 3 ulduz futbolçunun adı açıqlanıb.

Demokrat.az
xəbər verir ki, Mourinyo hücum xəttinə daha çox diqqət ayırıb. “Fanatik” qəzetinin məlumatına görə, “Fənərbaxça”nın gündəmində Robert Levandovski, Joao Feliks və Sadio Mane var. İddialara görə, bu futbolçular arasında Sadio Manenin “Fənərbaxça”ya transferi daha real hesab edilir. Robert Levandovski və Joao Feliks “Barselona”da davam etmək istədiyinə görə, onların transferi asan olmayacaq.

Sadio Mane isə “Əl-Nəsr”i tərk etmək istəyir. “Əl-Nasr” Luiz Diaz və Bernardo Silva kimi ulduzları transfer etmək istədiyi üçün Sadio Manenin getməsinə razılıq verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top