Qurban Qurbanov yeni baş məşqçinin təyinatının rəsmiləşdirildiyi iclasa niyə qatılmayıb?

İDMAN 13 iyun 2024, 15:04
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasına qatılmamasının səbəbi bəlli olub.

Bu barədə icraçı vitse-prezidenti Sərxan Hacıyev Oxu.Az saytının sualını cavablandırarkən bildirib.

O bildirib ki, 52 yaşlı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun təyinatının rəsmiləşdiyi iclasa öz xahişi ilə qatılmayıb:

"O, öz xahişi ilə iclasda olmadı. Q.Qurbanov əvvəllər milliyə baş məşqçilik etdiyi üçün bu məsələnin həssaslığını nəzərə alaraq iştirak etmək istəmədi. Biz də bunu müsbət qarşıladıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top