“Stepan Şaumyanın guya Hindistana qaçması və orada ölməsi (qəbri) kökündən uydurma bir mifdir”.
Bu sözləri Azpost.info-ya tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Solmaz Rüstəmova-Tohidi bildirib.
Qeyd edək ki, Milli Məclisin keçmiş deputatı Cümşüd Nuriyev mediaya müsahibəsində iddia edib ki, korifey sənətkarımız Rəşid Behbudov Hindistanda mart soyqrımının təşkilatıçısı olan bolşevik Şaumyanın qəbrini tapdığına görə öldürülüb.
S. Rüstəmova-Tohidinin sözlərinə görə, bolşeviklər 26 Bakı komissarının güllələnməsi ilə bağlı 1919-1925-ci illərdə böyük istintaq aparıblar: “4 məhkəmə prosesi olub, bu işdə təqsirkar bilinən hər kəsi – eser Funtikovdan tutmuş Şaumyanı şəxsən güllələmiş əsgərə kimi – hamını tapıblar və cəzalandırıblar. Bu istintaq və məhkəmə prosesinə dair sənədlər 1925-ci ildə Bakıda “Последние дни Бакинских комиссаров” adlı kitabda çap olunub”.
Alim deyib ki, Şaumyanın Hindistanda ölməsi haqda mifi sonralar AMEA Tarix İnstitutunun o vaxtkı direktoru akademik Yaqub Mahmudov sensasiya kimi ortaya atıb və şou dərəcəsində şişirdib: “Məsələ böyük əks-səda doğurduğu və sübut tələb olunduğu üçün institutun əməkdaşı, əsasən ingilisdilli mənbələrlə işləyən tarixçi Nigar Maksvel Hindistana ezam edilib. Bir ay müddətində Hindistan arxivlərini ələk-vələk edən Nigar xanım təbii ki, bu məsələyə dair heç bir sənəd, fakt tapmayıb və bununla da öz direktorunu xeyli məyus edib”.
AMEA əməkdaşının sözlərinə görə, hərçənd indi də bu absurd iddia səsləndirilir və Akademik də Rəşid Behbudov – xanəndə Bilal Məmmədovun Hindistan səfərlərini əsas “arqument” kimi gətirilir.
Qeyd edək ki, 1918-ci ildə Bakı Kommunasının rəhbəri olmuş Stepan Şaumyan sovet Rusiyasının başçsı Leninin Qaqfaz üzrə fövqəladə komissarı olub. Bakı Kommunası süqut etdikdən sonra Şaumyan və 26 Bakı komsissarı bolşeviklərin nəzarətində olan Həştərxana getmək üçün gəmi ilə Bakını tərk ediblər. Yolda Britaniya hərbçiləri tərəfindən saxlanılan komissarlar Türkmənistana gətiliriblər və sentyabrıda Ağcaqum çölündə güllələniblər.
Azərbaycanda 28 aprel 1920-ci ildə AXC-nin devrilməsi ilə nəticələnmiş sovet çevrilişindən sonra onların qalıqları Bakıya gətirilib və hazırkı Sahil parkı ərazisində dəfn edilib.
2000-ci ilin ortalarında qalıqlar oradan çıxarılaraq Hövsan qəbristanlığında basdırılıb.