0-2 yaş arası körpələrdə tez-tez rast gəlinən burun tıxanıqlığı müxtəlif səbəblərdən qaynaqlana bilər.
Bu vəziyyətin səbəbləri arasında soyuqdəymə, allergiyalar, geniz əti böyüməsi, sinusit, keyfiyyətsiz hava və ya buruna yad cismin daxil olması göstərilir.
Tıxanıqlıq körpənin ağızdan nəfəs alması, narahat yuxu və tez-tez ağlama kimi əlamətlərlə özünü büruzə verir.
Tıxanıqlığın qarşısını almaq üçün otağın havasının nəmləndirilməsi, temperaturun 24 dərəcəni keçməməsi, burun aspiratoru ilə təmizləmə, körpənin yastığının bir qədər hündür qoyulması, duzlu su damcıları və isti vanna buxarı effektiv üsullar arasında yer alır. Bəzi valideynlər körpənin burnuna ana südü damızdırılmasının da faydalı olduğunu bildirirlər.
Əgər burun tıxanıqlığı 14 gündən çox davam edirsə, nəfəs almaqda çətinlik, öskürək, qızdırma, səpkilər və ya qidalanmada problem müşahidə olunursa, dərhal həkimə müraciət olunmalıdır. (Pravda.az)