"Azərbaycan Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq aləmin diqqət mərkəzindədir" — Deputat

GÜNDƏM 05 iyn 2024, 16:47
“Bəlli olduğu kimi Azərbaycan dünyada gedən proseslərdə öz fəal mövqeyi ilə fərqlənir. Ölkəmiz həmçinin müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.Bu tədbirləin bir çoxunun davamlı xarakter alması da Azərbaycanın proseslərə uğurlu yanaşmasının nəticəsidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

Deputat qeyd edib ki, 4-6 iyun tarixlərini əhatə edən Bakı Enerji Həftəsi də bunu bir daha təsdiqləyir: 

“Məlumat üçün deyim ki, regionun enerji sahəsində mühüm hadisə olan Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumudur. Elə bu tədbirlərin indiyə kimi keçirilmə sayına nəzər yetirəndə müsbət mənzərə göz önünə gəlir. Bu tədbirlər iki baxımdan dünya üçün mühüm əhəmiyyət ksəb edir. 

Söhbət Avropanın enerji təminatından və dünya üçün qlobal əhəmiyyət kəsb edən sağlam təbii mühit, yəni “yaşıl enerji”yə keçid istiqamətinddə atılan addımların beynəxlalq platformada müzakirəsindən gedir. Göründüyü kimi Azərbaycan Bakı Enerji Həftəsi çərçivəsində bir daha bu məqamların geniş şəkildə müzakirə edildiyi mərkəz kimi beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu tədbir enerjinin inkişafına, dayanıqlılığa və bizi daha parlaq, daha səmərəli gələcəyə doğru istiqamətləndirən beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinə sadiqliyimizin təzahürüdür”.

V.İskəndərovun sözlərinə görə, bu tədbirlər eyni zamanda Azərbaycanın ötən üç onillikdə uğurlu yol qət etdiyini bir daha sərgiləyir: 

“Bildiyimiz kimi Aərbaycan 30 il əvvəl Xəzərin neft-qaz resursları vasitəsilə enerji təhlükəsizliyinə, regionda sabitliyə və inkişafa nail olmaq siyasətinin əsasını qoydu. Bu siyasət fonunda enerji məsələlərindən qarşılıqlı münasibətlərdə təzyiq vasitəsi kimi istifadəyə qarşı olan Azərbaycan ötən müddətdə etibarlı tərəfdaş kimi nüfuz qazandı. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın uğurlu enerji siyasəti bu gün də davam edir. Bu gün nəhəng bərpa olunan enerji potensialının cəlbi ilə enerji siyasətimiz yeni səviyyəyə yüksəlib. Ənənəvi enerji təchizatçısı və COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan bütün növ enerji resurslarını enerji təchizatında etibarlılığın, eyni zamanda emissiyaların azaldılması və “yaşıl enerji”yə keçidin təmin edilməsi məsuliyyəti ilə inkişaf etdirir”.

V.İskəndərov vurğulayıb ki, bu sadalalanlar fonunda 2024-cü ildə də Bakı Enerji Həftəsinə uğurla ev sahibliyi edən Azərbaycan beynəlxalq əməkdaşlığını da genişləndirir: 

“Bəlli olduğu kimi Bakı Eneji Həftəsinin açılış günü, yəni 4 iyun tarixi  eyni zamanda iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması tarixidir. Lakin dünən 4 iyunu əlamətdar edən daha bir mühüm hadisə yaşandı. İyunun 4-ü həm də BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Təbii ki, bu, sıradan bir hadisə deyil və Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir.

Son hadisələr, o cümlədən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən görüş və iclaslar həm də  Azərbaycanın COP29-a ev sahibliyinin yaddaqalan olacağını deməyə əsas verir:  

“Rəsmi Bakının COP29 çərçivəsində gördüyü işlər, planetin ekoloji təmizliyinin qorunması, “yaşıl enerji”yə keçidlə bağlı irəli sürdüyü beynəlxalq təşəbbüslər dünya tərəfindən müsbət qarşılanır və alqışlanır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top