Azərbaycana bu səfərimdə insanlarda bir rahatlıq gördüm, indi torpaq dərdimiz yoxdur — Əziz Səncər

SOSİAL 04 iyn 2024, 16:52
Azərbaycana ilk gəldiyim zaman Qarabağ işğal altında idi. Bütün danışıqlarımızda bu məsələ hər kəsin düşüncəsinə hakim idi. İkinci səfərimdə Qarabağ işğaldan azad olunsa da, Xankəndi düşmənin əlində idi və bunun narahatlığı var idi.

Demokrat.az xəbər verir ki, bunu Kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Səncər iyunun 4-də keçirilən mətbuat konfransında söyləyib.

“Bu səfərimdə isə ünsiyyətdə olduğum insanlarda bir rahatlıq olduğunu hiss etdim. İnsanlar gələcəyə ümidlə baxırlar, indi torpaq dərdimiz yoxdur. “Bundan sonra həyatımıza normal davam edəcəyik” fikirləri müşahidələrimin nəticəsi oldu”.

Professor Əziz Səncər, həmçinin Naxçıvana səfərindən söz açıb: “Naxçıvana getmək mənim üçün çox vacib idi. Hər zaman oraya getməyi istəmişəm. Deyərdim ki, Naxçıvanın havası Bakıdan daha gözəldir, oranı çox sevdim. Böyük diqqət gördüm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top