Məktəbin ərazisini itlər basıb: Valideynlərin şikayətinə niyə baxılmır? — VİDEO

SOSİAL 04 iyun 2024, 12:37
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi altı itin hücumuna məruz qalıb. Valideynlər yaranan vəziyyətdən narahatdırlar.

Onlar iddia edirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, bu, nəticə verməyib.

Şəhər ərazisində bu cür halların xüsusilə təhsil ocaqlarının yaxınlığında yaşanmasından narahatlıq keçirən valideynlər problemin hələ də həllini tapmamasından gileylənirlər.

"İki ay əvvəl it oğlumu dişləyib. Hətta şalvarını da parçalamışdı. Həmin hadisədən sonra 7-ci sinifdə oxuyan oğlumu məktəbə özüm aparıb-gətirirəm", - deyə valideyn bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top