Güllər şəhəri — SUMQAYIT (VİDEO)

MARAQLI 03 iyn 2024, 17:30
Sumqayıt şəhəri Azərbaycanda “yaşıl dünya” naminə çağırışların öz təcəssümünü uğurla tapdığı əsas ünvanlardan biridir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən silsilə tədbirlər və genişmiqyaslı ağacəkmə aksiyaları şəhəri daha da gözəlləşdirib və ekoloji mühitini xeyli yaxşılaşdırıb.

Son illərdə Sumqayıt şəhəri yaşıllıq sahəsində əhəmiyyətli irəliləyişlər əldə edib. Yüz minlərlə ağac və gül kolları əkilib. Bunun nəticəsidir ki, adambaşına düşən yaşıllıq həcminə görə Sumqayıt Azərbaycanın şəhərləri arasında öncüllər sırasına çıxıb. 

Sumqayıt şəhərində görülən genişmiqyaslı yaşıllaşdırma işləri və milyonlarla əkilmiş güllər şəhərin yaşıl gələcəyinin təminatçısıdır. Görülən işlər ekoloji balansı qorumaqla yanaşı, şəhər sakinlərinin və qonaqların zövqünü oxşayır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top