Şəkidə üç yaşlı uşağı it dişləyib

HADİSƏ 01 iyn 2024, 18:59

Şəkidə üç yaşlı uşağı sahibsiz it dişləyib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib. 2021-ci il təvəllüdlü Elmir Elbəy oğlu Qədirlini küçədə sahibsiz it sağ ayağının baldır nahiyəsindən dişləyərək xəsarət yetirib. Valideynlərinin köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan Elbəy Qədirliyə lazımi tibbi yardım göstərilib. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top