BDU-da hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunur

SOSİAL 31 may 2024, 15:30
Bakı Dövlət Universitetinin (BDU) hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunur.

Məlumatı Demokrat.az-a universitetdən təsdiqləyiblər.

Bildirilib ki, yeni təhsil ilindən SABAH qruplarına qəbul Qarabağ Universitetində aparılacaq.

Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində yaradılıb. Qrupun məqsədi tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top