FHN üçün Şuşada yeni bina tikiləcək

QARABAĞ 31 may 2024, 11:53
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa Rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün yeni bina tikiləcək.

Demokrat.az xəbər verir ki, bununla bağlı müvafiq işlərə başlanılıb.

Belə ki, inşaat işlərini Türkiyə şirkəti (Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt İç ve Diş Ticaret Anonim Şirketinin Azərbaycandakı Filialı) həyata keçirəcək.

Binanın tikintisi 2 063 411,98 manata başa gələcək.

Nazirliklə tikinti işlərinin həyata keçirilməsi üçün sözügedən şirkət arasında müqavilə bağlanılacaq. (İqtisadiyyat.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top