Meksika ilk dəfə qadın prezident seçəcək

DÜNYA 30 may 2024, 23:25

Meksikada bazar günü keçiriləcək prezident seçkilərində namizədlərin təşviqat kampaniyası rəsmən başa çatıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ölkə tarixində ilk dəfədir ki, prezidentlik uğrunda əsas mübarizə iki qadın arasında gedir.

Seçicilər prezidentdən əlavə bazar günü Konqresin hər iki palatasında qanunvericiləri, Mexiko şəhərinin yeni merini və səkkiz ştatın qubernatorunu seçəcəklər.

Qeyd edək ki, iyunun 2-də Latın Amerikasının ikinci ən böyük iqtisadiyyatına malik ölkdə seçkilər keçiriləcək. Meksikada 100 milyona yaxın qeydə alınmış seçici var.

Meksika Konstitusiyasına görə, prezident ikinci tur olmadan birbaşa bir turda seçilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top