Çin prezidenti Qəzza üçün çağırış etdi

DÜNYA 30 may 2024, 20:15
Çin prezidenti Si Cinpin Pekində keçirilən Çin-Ərəb Dövlətləri Əməkdaşlıq Forumunun açılışında çıxış edib.

Demokrat.az
“Euronews”ə istinadən xəbər verir ki, prezident çıxışı zamanı Qəzza üçün çağırış edib.

O bildirib ki, “İsrail-Həmas müharibəsinə yönəlmiş” beynəlxalq sülh konfransı keçirilməlidir. 

Həmçinin qeyd edib ki, Çin ərəb ölkələri ilə bu məsələni ədalətli şəkildə həll etmək üçün birgə işləmək istəyir.

Qeyd edək ki, Çin lideri çıxışının sonunda Fələstinə 72 milyon dollar yardım vəd edib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top