Dünya Bankı bu layihəyə 400 milyon dollar ayırır

DÜNYA 30 may 2024, 19:29
Dünya Bankı “İqlimə Dayanıqlı Meşəçilik Layihəsi”nə 400 milyon dollar kredit ayıracaq.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Naziri İbrahim Yumaklı məlumat verib.

O bildirib ki,  Türkiyə iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biridir:

“Ölkənin cənubunda meşə yanğınları, şimalda sel, daxili bölgələrdə isə quraqlıq ilə mübarizə davam edir.

Bu gün Dünya Bankının 400 milyon dollar kredit ayıracağı yeni layihəyə başlayacağıq. 

Layihə Kahramanmaraş, Qaziantep, Hatay, Kilis, Adana və Osmaniye kimi zəlzələ bölgələrinin bərpasına son dərəcə əhəmiyyətli töhfə verəcək. 

Bundan başqa torpaq, su, meşə və biomüxtəlifliyin qorunması üçün müxtəlif addımlar atılmalıdır.

Qlobal iqlim dəyişikliyinin dağıdıcı təsirlərinə yalnız bu yolla müqavimət göstərə bilərik. İqlim dəyişikliyi hər kəsə təsir edən çox əhəmiyyətli bir faktordur. 

Ona görə də, fərdi, təşkilati və ölkələr olaraq buna hazırlaşmalıyıq”. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top