Narkotik vasitələrin təsiri altında maşın idarə edən sürücülər SAXLANILDI

HADİSƏ 30 may 2024, 10:30
Sabirabadda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 3 sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən A.Əsədov, X.Qubadov və T.Zərbalıyev saxlanılıblar.

Müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub. Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top