""Crescent Bay" kimi nəhəng layihələrin icrası Bakıya müasir ab-hava qatır" — Paytaxta yeni turist axınına səbəb olacaq...

TURİZM 29 may 2024, 14:30
""Crescent Mall" arxitektur quruluşu ilə görənlərin marağına səbəb olacaq. Turizm nöqteyi-nəzərindən "Crescent Bay" kimi nəhəng layihələrin icrası turistləri ölkəmizə cəlb edir, Bakıya müasir ab-hava qatır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib. 

O qeyd edib ki, paytaxt Bakı tarixlə müasirliyin vəhdət təşkil etdiyi unikal şəhərlərdəndir:



"Xarici turistlər özləri də bunu etiraf edirlər. Bakı öz gözəlliyi ilə daim qonaqların gözünü oxşayır. Turistlər şəhərin təmizliyinə də diqqət edirlər. Paytaxtımız bu baxımdan da nümunəvi şəhərdir.

"Crescent Mall" ticarət mərkəzinin şəhərin mərkəzində olması turistlər üçün böyük üstünlükdür. Şəhərdə əyləncəli və maraqlı yerlər sırasına daha birinin əlavə olunduğunu deyə bilərik.

Bakının Baş planında bir çox yeniliklər nəzərdə tutulub. Yeni infrastruktur layihələri həyata keçiriləcək, adalardan turistik məqsədlə istifadə olunacaq. Bu da o deməkdir ki, gələcək 20 ildə Bakının siması tamamilə dəyişəcək. Bu da gələcəkdə şəhərin uğurlu inkişafından, daha çox turist və sərmayə cəlbindən xəbər verir".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top