"Təyyarədə qorxdum, səhhətimdə bu problem yarandı"

ŞOU-BİZNES 28 may 2024, 08:45

"İldə iki dəfə sağlamlığımla bağlı yoxlanışa gedirəm. Məndə tiroid (zob) var. dərman içirəm. Yalançı düyün deyirlər, toksik deyil. Yeməklə bağlı problemim var. Udquna bilmirəm, çox pis xəstəlikdir. Dünyanın naz-nemətini qarşına qoyurlar, amma uda bilmirsən. Yeyəndə mütləq su içməliyəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Həmin Zaur" verilişində deyib. O, səhhətində yaranan problemin təyyarədə qorxduqdan sonra başladığını bildirib:

"Əslində müalicə olunan bir xəstəlikdir. Bu sinir sistemi ilə bağlıdır, keçirdiyim stresə görə olub. Tikə əti nə vaxt yediyim yadıma gəlmir, çeynədikdən sonra kənara qoyuram. Yalnız ətin suyunu içirəm. Meyvələri rəndədən keçirib yeyirəm. Bunun üçün psixoloji dərmanlar içmək lazımdır. Vaxtında ağır stresslər keçirdim. Moskvaya gedərkən təyyarədə bərk qorxdum, ondan sonra udqunmaqla bağlı problemim başladı. Bəzi adamlar da qorxanda kəkələyir".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top