Könül Kərimova artıq çəki almasından şikayətləndi

ŞOU-BİZNES 26 may 2024, 19:15

Əməkdar artist Könül Kərimova xeyli çəki almasından şikayətlənib. 

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Günaydın, Azərbaycan" proqramında danışıb. O bildirib ki, arıqlamaqda çətinlik çəkir:

"Şirniyyat yemirəm. Çox yemək yeyən deyiləm, amma arıqlamıram. Məni kökəldən hərəkətsizlikdi".

Aparıcı Xoşqədəm Hidayətqızı isə ifaçını öz pəhrizi ilə 1 aya 14 kiloqram arıqladacağını deyib. 

K.Kərimova yemək hazırlamaq sevgisindən danışıb:

"Yemək bişirərək stress atıram. Hətta bir ara beynimə girmişdi ki, kulinariya kitabı yazıb. Bir toyuq və kortofdan neçə növ yemək hazırlaya bilərəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top