İranın qərbində qaz kəməri partlayıb, ölənlər var

REGİON 25 may 2024, 17:39
İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

“Partlayış nəticəsində yaxınlıqdakı ev dağılıb. İki işçi ölüb, ikisi yaralanıb", - şəhər administrasiyasının açıqlamasında bildirilir.

İlkin məlumatlara görə, partlayış özəl telekommunikasiya şirkətlərindən birinin qazıntı işləri aparması və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top