Rusiya xarici agentlərin internet saytlarının domen adlarını dərc edəcək

REGİON 25 may 2024, 12:04
Rusiya hökuməti Ədliyyə Nazirliyinə informasiya resurslarının domen adlarını xarici agentlərin reyestrində göstərməyi tapşırıb.

BAKU.WS Tass-a istinadən xəbər verir ki, baş nazir Mixail Mişustinin imzaladığı müvafiq sərəncam rəsmi hüquqi informasiya portalında dərc olunub.

“Aşağıdakı məzmunda “z” yarımbəndi əlavə edilsin: informasiya resursunun domen adı (əgər varsa),” nəşrdə qeyd edilir.
Dəyişikliklər Ədliyyə Nazirliyinin rəsmi saytında xarici agentlərin reyestrində dərc olunan məlumatların siyahısına daxil edilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top