Nigeriyada siqaretlə bağlı yeni QADAĞA

DÜNYA 24 may 2024, 21:20
Nigeriya hökuməti filmlərdə və kliplərdə siqaret çəkilməsini qadağan edib.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Milli Film və Video Senzura Şurasının baş direktoru Şaibu Hüseyni Enuqu əyalətində keçirilən “Siqaretsiz Nollivud” proqramına qatılıb. 

Hüseyni burada verdiyi açıqlamada ölkədə kino sənayesində siqaretin geniş yayılmasına qarşı valideynləri tədbir görməyə çağırıb. 

Həmçinin hökumətin film və kliplərdə siqaret istifadəsinə qadağa qoyduğunu ifadə edib. 

Zorakılıq, cinayət və ictimai dəyərlərə uyğun gəlməyən hərəkətlərin də qadağan ediləcəyini bildirib. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top