COP29-da hansı problemlər müzakirə ediləcək? — AÇIQLAMA

COP29 24 may 2024, 19:49
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə Laçında COP29-la əlaqədar təqdimat mərasimində deyib ki, COP29-un proqramı təkcə maliyyə məsələləri ilə məhdudlaşmayacaq. Nazirin sözlərinə görə, burada su problemləri, torpaqların deqradasiyası, yaşıl kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, sağlamlıq, gənclər və s. kimi bir çox digər vacib məsələlər var.

Ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar Demokrat.az-a  açıqlamasında deyib ki, su problemləri, su hövzələrinin çirklənməsinin qarşısının alınması yönündə addımlar atılmalıdır:
 
"Azərbaycanda su hövzələrində problemlər var. 

Bunların həllinin müəyyən bir metodları olmalıdır. Yəni, bu metodları səlahiyyətli orqanlar, konkret halda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi həll etməlidir. Su hövzələrinin çirklənməsinin qarşısını almaq üçün qərarlar qəbul olunmalıdır. Ümid edirik ki, nazir Muxtar Babayev bu açıqlamalarla həmin məsələlərin həllinə anons edir. Su problemləri ilə bağlı digər məsələ isə içməli su qıtlığının getdikcə dərinləşməsidir. Buna görə də onun qarşısının alınması vacibdir. Bir çox hallarda müşahidə edirik ki, içməli sular təyinatı üzrə istifadə olunmur. Məsələn, onlardan texniki vasitələrdə istifadə olunur. Avtomobillərin yuyulmasında içməli sudan istifadə olunması kimi hallar mövcuddur. Həmçinin içməli sudan suvarma suyu kimi istifadə olunması halları da var. Bunların da qarşısının alınması üçün müəyyən təsirli üsullar tətbiq edilməlidir".

Ekspert bildirib ki, torpaqların deqradasiyası ilə bağlı da bir çox problemlər var:

"Buna misal kimi yeraltı sərvətlərin istismarı zamanı həmin sərvətlərin şaxta yolu ilə mədən şəklində deyil, torpağın üst qatının aşılanması ilə nəticələnən açıq şəkildə istismar üsullarından istifadə olunmasıdır. Bu, torpaqlara böyük ziyan vurur. Böyük ərazilərin aşılanması ilə nəticələnir ki, bu da torpaq eroziyalarının ən pis formasıdır”.

Törə Zeynallı 
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top