DSMF-nin büdcəsi 30 milyon manat artırılır

İQTİSADİYYAT 24 may 2024, 14:30
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il üzrə büdcəsinin gəlirləri və xərcləri 30 milyon manat artırılır.

Demokrat.az xəbər verir ki, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Fondun büdcəsi 0,4 % artırılaraq 6 milyard 919,9 milyon manatdan 6 milyard 949,9 milyon manata çatdırılır. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top