Ərdoğan 3 səfiri qəbul edəcək

REGİON 23 may 2024, 13:13
Bu gün Türkiyədə 3 ölkənin yeni Ankara səfirləri etimadnamələrini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Prezident Kompleksində keçirilən mərasim yerli vaxtla saat 14.00-da başlayacaq. 

Mərasimdə ilk olaraq Bruney səfiri etimadnaməni prezident Ərdoğana təqdim edəcək. 

Daha sonra Somali və İspaniya səfirləri etimadnamələrini prezidentə təqdim edəcəklər. 

Mərasimlərdən sonra səfirlər Türkiyədə rəsmi olaraq vəzifələrinə başlayacaqlar.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top