Qəzzada ölənlərin sayı 35 min 709-a çatdı

DÜNYA 22 may 2024, 18:30
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 35 min 709 nəfərə çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən bölgəyə hücumlar 229 gündür davam edir:

“Ərazidə son 24 saatda daha 62 fələstinli həyatını itirib, 138 fələstinli isə yaralanıb. 

Ümumilikdə, Qəzza zolağına 7 oktyabrdan bəri təşkil edilən hücumlarda ölənlərin sayı 35 min 709-a, yaralıların sayı isə 79 min 990-a yüksəlib”.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top