Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz kəsiləcək

SOSİAL 15 may 2024, 23:14

Sabah Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, saat 10:00-dan Sabunçu rayonu, Maştağa qəsəbəsinin Xanlar küçəsində tənzimləyici şkafın torpaq səthindən dayaqlara qaldırılması, Sumqayıt  şəhərinin 2-ci mikrorayon ərazisində qaz xəttinin yerinin dəyişdirilməsi,  saat 11:00-dan isə “Ramanı Südçülük sovxozu”na gedən ortatəzyiqli qaz kəmərinin və “Xaşa-Xuna (Berz)” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan ayrılan qaz kəmərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi qaz təchizatı dayandırılacaq.

Məlumata görə, təmir işləri görülən müddətdə Sabunçu rayonunun (Ramanı Südçülük Sovxozu və Maştağa qəsəbəsi, Daş karxanasının bir hissəsi), Xəzər rayonunun (Xaşa-Xuna qəsəbəsi), Sumqayıt  şəhərinin (2-ci mikrorayon ərazii) və Sabunçu rayonunun (Maştağa qəsəbəsinin Xanlar küçəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top