Un ucuzlaşıb, çörəyin qiymətində dəyişiklik var?

SOSİAL 13 may 2024, 16:01
Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlərin verdiyi  məlumata görə, hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 24,6-26,7 manat arasında dəyişir.

Demokrat.az yeniavaz.com-a istinadla xəbər verir ki, təxminən 25 gün əvvəl 50 kiloqramlıq un kisəsinin qiyməti 26-28,5 manat arasında dəyişib. Yəni topdansatış qiyməti 6%-dən çox ucuzlaşıb.

Hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 24,6 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 26,7 manata “Azeri-Arapoğlu U.S və T.LTD” BM satır.

Ötən ilin yanvar ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 37-38,5 manat arasında dəyişib. Bu ilin aprel ayına kimi olan dövr ərzində 50 kiloqramlıq un kisəsinin qiyməti 33,5% ucuzlaşıb. Ötən ilin əvvəlindən bu günə kimi unun qiymətində 30%-ə yaxın ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik olmayıb.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata görə, ötən ilin yanvar ayında 1 kiloqram çörəyin qiyməti 1,34 manat olub. Bu ilin aprel ayının əvvəlinə olan rəsmi məlumatda isə göstərilir ki, 1 kiloqram çörəyin qiyməti 1,19 manat təşkil edib.

Açıqlanan rəsmi məlumatdan da göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi 1 kiloqram çörəyin qiyməti cəmi 11% ucuzlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top