Azərbaycan Premyer Liqası: XXXIV turun daha iki görüşü keçiriləcək

İDMAN 11 may 2024, 11:10
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha iki görüşü keçiriləcək.

Demokrat.az xəbər verir ki, günün ilk matçında "Araz Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək.

"Liv Bona Dea Arena"da baş tutacaq maçtın start fiti saat 17:00-da səslənəcək.

Digər matçda isə "Zirə" və "Qarabağ" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, turun daha iki görüşü mayın 12-si keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top