"Hamıya verilməsi düzgün deyil" — Hüquqşünas dəfn pulundan danışdı

GÜNDƏM 10 may 2024, 14:06
Milli Məclisdə bütün vətəndaşlara dəfn pulunun verilməsi təklif olunub. Millət vəkili Fazil Mustafa çıxışında qeyd edib ki, istənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq bu müavinəti almalıdır: “Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir”, – deyə o bildirib.

Deputatın təklifini Demokrat.az-a açıqlamasında dəyərləndirən hüquqşünas Mehman Muradlı isə dəfn pulunun hamıya şamil edilməsinin tərəfdarı deyil:


“İmkansız şəxslərə dəfn pulu mütləq qaydada verilməlidir. Bəzi vətəndaşlarınsa dəfn puluna ehtiyacı yoxdur. Niyə onlara müavinət verilməlidir ki?! Hesab edirəm ki, dəfn pulunun hamıya verilməsi düzgün deyil. Bu məsələdə vətəndaşın maddi durumu nəzərə alınmalıdır. Kasıb adamın dəfn puluna daha çox ehtiyacı var, nəinki imkanlı şəxslərin. Bu prizmadan baxsaq, 500 manat dəfn pulunun hamıya verilməsini doğru hesab etmirəm”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 14:29
Top