“Heydər Əliyev milli köklərə bağlı sülhpərvər tarixi şəxsiyyətdir” — ATXƏM sədri

GÜNDƏM 10 may 2024, 11:07
Lider qüdrətli, əzəmətli, şöhrətli və istedadlı olması ilə yanaşı, cəmiyyətin davranışını, fəaliyyətini müəyyən zaman və şərtlər daxilində dəyişdirmək və istiqamətləndirmək qabiliyyətiinə malik olan və cəmiyyətə rəhbərlik edən şəxsdir. 

1923-cü il mayın 10-da dünyaya göz açan və Azərbaycanın adını bütün dünyaya tanıdan, Azərbaycanın dünya siyasətində söz sahibi olmasının memarı, ümummilli lider,  Ulu Öndər Heydər Əliyev bütün bu keyfiyyətlərə malik şəxsiyyətdir.


Xalqımız ölkənin sosial, mədəni, iqtisadi çətinliklər yaşadığı ən çətin şəraitdə Heydər Əliyevin hakimiyyətdə olmasını istədi və bu da onun Azərbaycan xalqı tərəfindən nə qədər sevildiyinin göstərir. Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və ölkəmizin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 

Adını türk xalqının mühüm liderləri sırasında hallandıran Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanın deyil, Türkiyənin də prioritetlərinin dünya gündəmində saxlanmasında xidmətləri əvəzolunmazdır. Ulu Öndərin bir çox ölkələrdə layiq görüldüyü saysız hesabsız mükafatlar, medallar və fəxri adlar arasında 1999-cu ildə Türkiyə Dövləti tərəfindən təqdim edilən "Atatürk Sülh Medalı" da olmuşdur.

1990-cı illərdə yenidən müstəqilliyinə qovuşmuş Azərbaycanda baş verən hadisələr, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi ərəfəsində, Azərbaycan xalqının yeganə lider kimi gördüyü və meydanları dolduraraq adını yorulmadan səsləndirdiyi Heydər Əliyev millətinin çağırışına səs verdi və çox qısa müddətdə ölkədə vəziyyəti təcrübəli dövlət başçısı kimi sabitləşdirdi, Azərbaycanı məhv olmaq, xarici dairələrin nəzarəti, istilası altına düşmək təhlükəsindən xilas etdi. Bütün bunlarla bağlı arxivlərdə xeyli sənədlər var, lakin millət sevgisi, xalqa hörmət, sarsılmaz inam sənəd tələb etmir. Liderlərin xalqına qoyub getdiyi ən yaxşı miras, özlərindən sonra cəmiyyətlərinə əmanət etdikləri dəyərlərdir. 

Heydər Əliyev milli köklərə bağlı və regional siyasətdə sülhpərvər tarixi şəxsiyyətdir. Azərbaycanın bir çox problemlərinin, xüsusən də vaxtilə Ermənistanın işğalı altında olan torpaqlarımızın Qərb mətbuatında Azərbaycan prizmasından ədalətli işıqlandırılması Heydər Əliyev siyasətinin nəticələri idi. 

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün davamçısı olduğuna və atasından aldığı irsi ən yaxşı şəkildə qoruyacağına inanan xalq 2003-cü ildə keçirilən seçkilərdə cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. 

Şərq dünyasında ilk demokratik dövlət kimi 1918-1920-ci illər arasında mövcud olmuş Azərbaycan Respublikasının bütün ənənələrini öz idarəçilik fəaliyyətində davam etdirən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə ona Allahdan rəhmət diləyir, xatirəsini yüksək ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Ruhu şad olsun!




İlham İsmayılov
Azərbaycanlıların və digər Türkdilli Xalqaların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2024, 22:30
Top