Qubada çörək sexində YANĞIN — FOTO

HADİSƏ 09 may 2024, 00:30
Qubanın Timirzayev qəsəbəsində yerləşən çörək sexində yanğın olub.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi gəlib.
İlkin ehtimala görə, yanğın qaz sızmasından baş verib.

Hadisənin səbəbləri araşdırılır.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top