"Mançester Yunayted"in futbolçusu İngiltərəyə qayıtmaq istəmir

İDMAN 04 may 2024, 13:34
Müqavilə ilə “Mançester Yunayted” klubuna məxsus olan, hazırda Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən Ceydon Sanço İngiltərəyə qayıtmaq istəmir.

“Report”un “Sky Sport”a istinadən məlumatına görə, yarımmüdafiəçi "Borussiya"da qalmağa üstünlük verəcək.

Almaniya klubu futbolçunu satmağa hazırlaşan “Mançester Yunayted” rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, Sanço bu ilin yanvarında “Borussiya”ya icarəyə verilib. 24 yaşlı yarımmüdafiəçinin icarə müddəti cari mövsümün sonunda bitəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top