Sosial şəbəkə, yoxsa haker tətbiqi — "WhatsApp+"a maraq niyə var?

İKT 17 may 2024, 21:30
"Kaspersky" şirkətinin göstəricilərinə görə, dünyada ən çox "WhatsApp+" tətbiqinin  istifadəçisi Azərbaycandadır. Bu da hakerlərin hədəfi olmaq deməkdir. Yəni bu qeyri-leqal tətbiqi istifadə edənlərin cihazlarında olan fərdi məlumatlar, hərəkətlər, hətta telefonlarına gələn SMS-lərə qədər oxunulur. Həmin məlumatlar 3-cü tərəflərə ötürülür. Vətəndaşların əksəriyyəti də bundan məlumatlı olsa da yenə bu tətbiqdən istifadə edirlər.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, “Whatsapp” “Meta” şirkətinin bir məhsuludur və bütün müəllif hüquqları bu şirkətə məxsusdur.


"Burada serverin dayanıqlığı, insidentlərlə bağlı məsələlər, yeniliklər və s. bütün bunlarla bağlı məsul şəxs Meta şirkətidir. "WhatsApp+”da isə  bir az fərqlidir. Bu tətbiqdə bir növ kodlar əlçatandır. Son vaxtlar internet bazarında "WhatsApp+” ən çox ərəb ölkələri tərəfindən kodları dəyişərək, hər dəfə yeniliklər edilərək bazara buraxılır. Kodlar açıq olduğu üçün bu sahəni dərindən bilən şəxslər bunun üzərində müəyyən dəyişikliklər edə bilərlər. Bu da təbii ki, təhlükəlidir. İstənilən vaxt məlumatı ələ keçirmiş olurlar. Daha rahat dillə desək, “Whatsapp” tətbiqində şəxsi məlumatlar ələ keçirilərsə, şikayət üçün rəsmi istehsalçı “Meta” şirkəti var. Amma "WhatsApp+”da konkret bilinmir ki, bu hansı ərəb ölkəsi tərəfindən bazara buraxılıb. Bu baxımdan belə tətbiqləri istifadə etmək böyük riskdir”.

Məhhəbbət Tərlanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top