Estoniya Baltik dənizinin mümkün blokadasına hazırlaşır

DÜNYA 04 may 2024, 11:13
Estoniya Müdafiə Qüvvələrinin komandanı Martin Herem Baltik dənizinin mümkün blokadası məsələsini həll etmək üçün Polşa, Finlandiya və İsveçlə işləmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə o, Estoniya Müdafiə Qüvvələrinin 2023-cü il üçün illik hesabatında oxuculara müraciətində yazıb.

“Polşa və NATO-nun yeni üzvləri İsveç və Finlandiya ilə birlikdə biz əsas problemlərimizdən birini – Baltik dənizinin potensial blokadasını həll etməliyik”, – o qeyd edib.

Heremin sözlərinə görə, “Baltik dənizində gəmi əleyhinə və hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsi” halında “təcavüzkar üçün çətin” olacaq.

Üstəlik, potensial blokada Estoniyanın xeyrinə olacaq və nəticədə müttəfiqlərindən dəniz və hava dəstəyi ala biləcək.

Bundan əlavə, Herem Estoniya Müdafiə Qüvvələrinin dəniz imkanlarında “əhəmiyyətli təkmilləşdirmə” olduğunu qeyd edib. Belə ki, hazırda ölkənin hərbi-dəniz gəmiləri gəmi əleyhinə raketlər və minalarla təchiz olunub.

Xatırladaq ki, yanvarın əvvəlində Martin Herem vəzifəsini erkən tərk etmək istədiyini açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top