ABŞ Prezidenti Donald Trampın administrasiyası vəzifəyə başladığı vaxtdan bəri 300 mindən çox vizanı ləğv edib. Bu rəqəmin artmaqda davam etdiyi bildirilib.
Demokrat.az-ın xəbərinə görə, ABŞ Dövlət Departamentinin Konsulluq Məsələləri üzrə dövlət katibinin köməkçisi Mora Namdar sosial şəbəkədəki paylaşımında məsələ ilə bağlı açıqlama verib.
Namdar Ağ Evin "X" hesabında yayımlanan və Tramp administrasiyasının əvvəlki administrasiyalarla müqayisədə vizaları daha sürətlə ləğv etdiyini bildirən paylaşımı şərh edərək, viza sahiblərini ABŞ qanunlarına hörmət etməyə çağırıb.
O vurğulayıb ki, qanunlara əməl etməyən şəxslər ABŞ-yə səfər etmək imtiyazını itirə bilərlər.


