Sabunçu rayonunda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
DİN-in mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində keçirdikləri tədbirlərlə 9 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.