Əfqan Muxtarlı və dəstəsinin ermənilərlə əməkdaşlığı ifşa olundu…

GÜNDƏM 27 apr 2024, 11:37
Prezident İlham Əliyev Almaniyaya səfəri Azərbaycan üçün həm siyasi, həm iqtisadi baxımdan əhəmiyyətli idi. Dövlət başçısı Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Bu, Bakıda keçiriləcək COP29 fonunda əhəmiyyətlidir. Prezident Berlində keçirilən beynəlxalq konfransda Azərbaycanın “yaşıl enerji” potensalından və təhlükəsizlik mühitindən bəhs edib. Bu, investorların cəlb edilməsi baxımından vacibdir, nəzərə alsaq ki, hazırda dünya “yaşıl enerji”yə kapital yatırmaq istiqamətində gedir və Azərbaycan iqlimlə bağlı ən böyük tədbirə - COP29-a ev sahibliyi edəcək, o zaman, beynəlxalq investorların ölkəmizə diqqəti daha da artacaq.

Bununla yanaşı, Azərbaycanın Almaniya ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu, həm Avropada mövqelərimizi gücləndirir, həm də Fransanın Cənubi Qafqazda “əlinin kəsilməsi” ilə nəticələnir. Bu səbəbdən də erməni diasporu və lobbisinin kök atdığı Fransa bundan narahatdır. 

Narahat olan digər qüvvə erməni diasporu və lobbisidir, çünki onlar Makronun timsalında Avropada Ermənistan üçün müdafiəçi tapmış və Qitənin siyasətini Azərbaycana qarşı yönəltməyə çalışırlar. Prezident İlham Əliyev siyasi gedişləri ilə bu planlarını alt-üst edir. Bu baxımdan, Prezidentin Almaniya səfəri Azərbaycan üçün əhəmiyyətli, erməni diasporu və lobbisi, o cümlədən, anti-Azərbaycan qüvvələr üçün narahatedici amillərlə doludur. Məhz buna görə Azərbaycan liderinin Almaniyaya səfərinə qarşı ermənilər və onların lobbiçiləri “aksiya” keçirdilər. 

Məqsəd bəllidir. Bununla Prezident İlham Əliyevin Almaniyaya mühüm səfərinə kölgə salmaq, o cümlədən, rəsmi Berlinin Bakı ilə münasibətləri inkişaf etdirməsinin qarşısını almaq istəyirlər. Bu cür aksiya şouları ermənilərin klassik taktikalarıdır. Lakin Azərbaycan Prezidentinin birbaşa milli və dövlət maraqlarının təmin edilməsi məqsədilə səfər etdiyi Almaniyada ermənilərin aksiya şousuna “azərbaycanlıların” qatılması təəssüf doğurur, eyni zamanda, azərbaycanlı kimliyini daşıyan anti-milli ünsürlərin gerçək kimliyini də ortaya çıxarır. Misal üçün, ermənilərin Azərbaycana qarşı aksiyasına qoşunlar arasında Əfqan Muxtarlı da var. Azərbaycanda olarkən bu şəxsin Qərbdə ölkəmizə qarşı olan qüvvələrin tapşırıqlarını yerinə yetirdiyi bəllidir. Əsas missiyası da Qərbdən Azərbaycandan şəbəkələrinə göndərilən maliyyəni qanunsuz yollarla ölkəyə gətirmək olub. Pullar Gürcüstandakı bank hesablarına köçülür və Əfqan Muxtarlı başda olmaqla şəbəkənin üzvləri bu pulları Azərbaycana qaçaq yollarla daxil edirdi. Buna görə qanun qarşısına çıxarıldı. Həbsdən çıxdıqdan sonra Avropaya köçdü və ona tapşırıq verən dairələrin birbaşa “qulluğuna girdi”. Əsas işi Azərbaycanın maraqlarına qarşı fəaliyyətdir. Bunu ya informasiya resurslarında qarayaxma kampaniyası ilə həyata keçirir, ya da son aksiyada olduğu kimi, ermənilərlə eyni afişaları qaldırır. 

Ən gülməli məqam isə Azərbaycana qarşı bütün bu fəaliyyətini “insan haqların müdafəsi”, “demokratiyanın daşıyıcısı” kimi etməsidir. Əslində, bununla gerçək niyyətini pərdələməyə çalışır. Ermənilərin son aksiyası isə Əfqan Muxtarlını açıq şəkildə ifşa etdi. 

Əfqan Muxtarlı ilə yanaşı, bir qrupu azərbaycanlının Azərbaycana qarşı ermənilərlə “qol-boyun” olması onların xəyanətkarlığını br daha ortaya çıxardı. Bəllidir ki, azərbaycanlıların aksiyaya qoşulmasında Fransa və Ermənistan maraqlıdı. Çünki bu, ermənilərə “azərbaycanlılar da Prezident İlham Əliyevi qəbul etmir” görüntüsü yaratmaq üçün lazımı idi. Əfqan Muxtarlı kimi “azərbaycanlılar” da bu məsələdə ermənilərə dəstək verir. Çünki onların nə Vətəni, nə dəyəri var, belələri ancaq şəxsi maraqlarını güdməkdir.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top