Taksi fəaliyyəti nəzarətdə saxlanmalıdır — AÇIQLAMA

GÜNDƏM 08 may 2024, 15:50
Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanılıb. Artıq 600-dən çox sürücü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək taksi fəaliyyəti üçün icazələr əldə edib. İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, buraxılış vəsiqəsi və buraxılış kartlarının istismara verilməsini taksi fəaliyyətində tənzimlənmələr üçün ən effektiv üsullardan biri saymaq olar:



“Taksi fəaliyyəti ilə məşğul olacaq şirkətlərin, şəxslərin nəzarətdə saxlanması olduqca vacibdir. Bununla yanaşı onların iş prinsipinə nəzarətin gücləndirilməsi başlıca amillərdən biridir. Bu bizə böyük bir təcrübə verəcək. Belə ki xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən fərqli şəkildə öz fəaliyyətimizi qurmalıyıq. Təbii ki, innovativ əsaslarla daha nizamlı qaydada, xüsusən sərnişin, şirkət münasibətlərinin təmin olunması əsas faktorlardandır”. 

Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top