İtaliyada zavodda güclü yanğın: Hava məkanı bağlandı — VİDEO

DÜNYA 08 may 2024, 21:37
İtaliyanın şimalındakı Bolzano şəhərində elektromobillər üçün enerji doldurma stansiyaları istehsal edən “Alpitronic” zavodunda yanğın baş verib.

Bu barədə ölkənin Mülki Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın təmir işlərinin aparıldığı ərazidə başlayıb və sürətlə yayılıb.

“Yanğın səbəbindən güclü tüstü var. Qapı və pəncərələri bağlı saxlamaq, həmçinin kondisioner və ventilyasiya sistemlərini söndürmək məqsədəuyğundur”, - deyə qurumdan əhaliyə xəbərdarlıq edilib.
Hazırda şəhərin üzərindəki hava məkanı bağlanıb, yaxınlıqdakı məktəb təxliyə edilib.

Zərərçəkənlər barədə məlumat yoxdur.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top