Qazaxıstan, Özbəkistan və Qırğızıstan Qələbə Gününü nə üçün qeyd etmirlər?

GÜNDƏM 08 may 2024, 15:32
Qazaxıstan, Özbəkistan və Qırğızıstan Qələbə Günü ilə bağlı tədbirlərdən imtina edirlər.

Demokrat.az xəbər verir ki, Life.ru-ya açıqlama verən ekspertlər bəzi MDB respublikalarının belə bir qərar qəbul etməsini şərh ediblər. 

Xatırladaq ki, Qazaxıstan bu il bayrama qənaət edir. Ölkə ardıcıl üçüncü ildir ki, maliyyə çatışmazlığı səbəbindən bu tədbirləri keçirmir. Qazaxıstanın bölgələrinə “Ölməz alay” da daxil olmaqla, istənilən aksiyasının qarşısını almaq əmri verilib. Pandemiyanın gəlişi ilə Astana artıq beşinci ildir ki, Qələbə Günündən imtina edir.

Qırğızıstanda da “Ölməz alay”ın yürüşündən imtina edilib. Ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb ki, mövcud qərar ictimai təhlükəsizliyə mövcud təhdidlər nəzərə alıaraq qəbul ediib. Lakin səlahiyyətlilər bunun dəqiq səbəblərini açıqlamayıblar.

Özbəkistanda isə 1999-cu ildən Qələbə Günü Xatirə və Şərəf Günü ilə əvəz olunub.

Rusiyanın Dövlət Dumasının deputatı Anatoli Vasserman hesab edir ki, Qırğızıstan və Qazaxıstan hakimiyyətinin gətirdiyi səbəblər doğrudur. Eyni zamanda, o, bu respublikaların SSRİ-dən uzaqlaşmaq istəyini də istisna etməyib.

“Sovet dövrünün ən parlaq anlarını və ən başlıcası - Rusiya, Ukrayna, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Baltikyanı və Qafqaz ölkələrinin iştirak etdiyi ümumi Qələbəmizi şübhə altına alaraq, ortaq keçmişi unutdurmağa çalışırlar, silmək istəyirlər” – deyə siyasətçi vurğulayıb.

Avrasiya Analitik Klubunun rəhbəri Nikita Mendkoviç isə deyib ki, regional elitaların Qələbə Gününü qeyd etməmək cəhdlərinin əsl səbəbləri onların kursu ilə bağlıdır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top