Sumqayıtda 56 yaşlı kişi tanışına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 26 apr 2024, 12:03
Sumqayıt şəhərində 1969-cu il təvəllüdlü Murad pul borcu üstündə yaranan münaqişə zamanı tanışı Əsədə (adlar şərti göstərilib – red.)  xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Xəzər bağları ərazisində baş verib. Murad Əsədlə aralarında baş vermiş mübahisə zamanı ona bədən xəsarəti yetirib.

Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 2 il əvvəl Əsədi tanıyıb, onunla birlikdə Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə fəhlə kimi işləyiblər: “Təxminən hadisədən 2 ay əvvəl Əsəd məndən 100 manat borc pul alaraq borcunu qaytaracağını bildirdi. Sonra Əsəd zəng edərək borcu qaytarmağa imkanının olmadığını bildirdi, yaxın günlərdə borcu qaytaracağını bildirdi. Hadisə günü, saat təxminən 15.00-da Əsədin evinə gedərək, onunla yaşadığı evin həyətində söhbət etməyə başladıq. Bu zaman Əsədə aldığı 100 manat borcu nə vaxt qaytaracağını soruşdum. Əsəd isə imkanı olduqda borcu qaytaracağını bildirdi. Bu zaman aramızda biraz mübahisə yarandı. Əsəbləşdiyim üçün Əsədin üz nahiyyəsinə bir neçə yumruq zərbəsi endirdim. Bundan sonra Əsəd yerə yıxıldı. Mən isə həmin ərazini tərk edərək oradan uzaqlaşdım”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Muradın barəsində olan cinayət təqibinə xitaç verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top