Bu ərazilərdə qaz olmayacaq

SOSİAL 23 apr 2024, 21:40

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-dan “Cəfərabad” QPS-dən, saat 10:00-dan isə Qəbələ rayonun 1 qəsəbə və 4 kəndini təchiz edən qaz xəttində qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Şəki şəhəri daxil olmaqla rayonun bir hissəsinin (30 kənd,1 qəsəbə, Qəbələ rayonunun isə Vəndam qəsəbəsinin, Nohurqışlaq, Tüntül, Yengicə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top