Avtobus yük maşınına çırpıldı: Yaralananlar var

HADİSƏ 23 apr 2024, 20:40
Türkiyənin Çorum vilayətində sərnişin avtobusu arxadan yük maşınına çırpılıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, yol qəzasında 10 nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb olunub.

Yaralılardan 9-u xəstəxanaya yerləşdirilib, digərinin vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top