Litva və Polşa birgə hərbi təlimlərə başlayıb

DÜNYA 21 apr 2024, 15:02
Litva və Polşa hərbçiləri NATO müttəfiqlərinin iştirakı ilə Suvalki dəhlizi adlanan ərazidə təlimlər keçirir.

“Report” xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.

Təlimlərdə Samogitiya motoatıcı briqadası və müttəfiq birləşmələrdən 1,5 min hərbi qulluqçu, həmçinin 200-ə yaxın hərbi texnika iştirak edir.

Təlimlərə ABŞ və Portuqaliya hərbçiləri də qatılacaq.

Aprelin 26-dək davam edəcək manevrlərdə NATO müttəfiqlərinin bölmələri müdafiə xarakterli hərbi əməliyyatların planlaşdırılması və idarə edilməsi üzrə briqada səviyyəli qərargahlara təlim keçəcək.

Qeyd edək ki, Suvalki dəhlizi Rusiyanın Kalininqrad vilayəti və Belarusun Qrodno vilayəti ilə bitişik, uzunluğu təxminən 64 km olan Litva-Polşa sərhədinin strateji əhəmiyyətli hissəsidir. Dəhliz bağlansa, Litva Qərbi NATO tərəfdaşlarından təcrid olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top