Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır

GÜNDƏM 20 apr 2024, 19:18

Azərbaycana qaytarılan Bağanis Ayrım kəndində Ermənistan qüvvələrinin qurduğu müdafiə zonası minalardan təmizlənir.

Bu barədə Ermənistanın “Yerkir.am” nəşrinin baş redaktoru Vahe Sarqsyan deyib.

“Daxil olan məlumata görə, hazırda Bağanis [Ayrım] kəndinin müdafiə zonasında minatəmizləmə işləri aparılır”, – o bildirib.

Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top