Yük maşını ilə məktəbli servisi toqquşdu: Xəsarət alanlar var

HADİSƏ 19 apr 2024, 19:59
Türkiyədə yük maşını ilə xidməti mikroavtobusun toqquşması nəticəsində 9 şagird xəsarət alıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Manisa vilayətində baş verib.

Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və polis qrupları cəlb olunub.

Yaralanan 9 şagird dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 may 2024, 16:55
Top