Kürəkən qayınanasını döydü — TƏFƏRRÜAT

HADİSƏ 17 apr 2024, 14:22
Lənkəranda 1987-ci il təvəllüdlü Nurlan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qayınanası Nərminəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 8-də, saat 13 radələrində Lənkəran rayonunun Xarxatan kəndində baş verib. 

Nurlan kənddə yerləşən fərdi yaşayış evinin qonaq otağında qaynanası Nərminə ilə şəxsi münasibətlər zəminində, yəni Nurlanın Nərminəni evindən qovmaq istəməsinə etiraz etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun qəsdən sol göz nahiyəsinə yumruq zərbəsi vurub. 
Hadisəni törədən Nurlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nurlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2018-ci ildə Samirə ilə ailə hayatı qurub, birgə nikahdan bir qız, iki oğlan uşağı olmaqla üç övladı dünyaya gəlib: 

“Zərərçəkmiş Nərminə mənim qaynanamdır. Hadisə günü qaynanm bizə qonaq gəldi. Evdə olan zaman qaynanam anam ilə mübahisə etdiklərini gördüm. Bu zaman mən də Nərminəyə əsəbiləşdim, ona arvadımım da götürərək evdən çıxmalarını bildirdim. Nərminə buna etraz etdiyi üçün yumruqla onun sol qaş nahiyəsinə zərbə vurdum. Bundan sonra Nərminə və arvadım yaşadığımız evi tərk etdilər”. 

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Nurlanın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top