Aytən Səfərovanın maşını aşdı: Ölən və xəsarət alan var — VİDEO (YENİLƏNİB)

HADİSƏ 17 apr 2024, 10:08
Tanınmış aparıcı Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı təfərrüat məlum olub. 

Demokrat.az 
xəbər verir ki, hadisə 8 Noyabr prospektində, Gənclik parkın qarşısında qeydə alınıb.

A.Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobil digər “Hyundai” ilə toqquşaraq aşıb. Nəticədə aşan avtomobil yol kənarında olan “KIA Soul” markalı maşına çırpılıb.

Nəticədə bir nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla bir neçə nəfər xəsarət alıb

***
09:19

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.


Demokrat.az xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın ailəsindən saytımıza bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top