Dəhşətli yol qəzası, ölən və yaralananlar var

HADİSƏ 16 apr 2024, 19:10
Türkiyədə minik avtomobili ilə yüngül ticari avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Şanlıurfa vilayətində baş verib.

Əraziyə dərhal təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb olunub.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib və onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top